Image default
Baş xəbərDünya

Ukraynanın silah alması üçün gizli qrup yaradılıb

 “New York Times” verdiyi məlumata əsasən, Böyük Britaniya dünyanın müxtəlif ölkələrindən Ukrayna üçün silah almaq məqsədilə gizli işçi qrupu yaradıb.

Qəzet əlinə keçən müəyyən bir sənədə və adı açıqlanmayan mənbələrə istinad edir. Nəşrdə qrupun işi ilə bağlı heç bir təfərrüat verilmir.

Qeyd olunub ki, hazırda Qərb dövlətləri də özlərinin ehtiyatlarının tükənməsi fonunda Ukraynanı silah və sursatla təmin etmək üçün müxtəlif səylər göstərirlər.

Bildirilib ki, Rusiya istehsalı olan sursatların axtarışına xüsusi diqqət yetirilir, çünki Ukrayna ordusunun əhəmiyyətli bir hissəsi hələ də müvafiq silahlardan istifadə edir.

Xüsusilə, Bolqarıstanda Sovet İttifaqı dövründə tikilmiş zavodlardan silah istehsalı xeyli artıb. Nəticədə 2022-ci ildə Bolqarıstandan silah ixracı 3 milyard dolları ötüb ki, bu da 2019-cu illə müqayisədə beş dəfə çoxdur. Qəzet silah və sursatın böyük hissəsinin Ukraynaya getdiyini ehtimal edir.

ABŞ nümayəndələri həmçinin Bosniya və Herseqovina və Serbiyadakı müəssisələri sovet tipli sursat istehsalına cəlb etməyə çalışırlar. İlk növbədə, söhbət artilleriya mərmilərindən gedir. Çexiya kimi bir neçə ölkə sovet dövründən qalan bu sursat ehtiyatlarını artıq Ukraynaya verib.

Aynur Camal

Oxşar xəbərlər

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu