Baş xəbərMədəniyyətSosial

“Ülkər” filminin çəkilişlərində canavarlar da olacaq-VİDEO

Rejissor Faiq Nağıyevin “Ülkər” filminin çəkilişləri davam edir. Bu barədə Bugun.tv-yə rejissor özü danışıb. “Çəkilişlərinə start verdiyimiz “Ülkər” bədii filminin rezonans doğuran süjet xətti var. Janr olaraq dram-tragediyadır. Filmdə real canavarlar çəkilir. Onları bu çəkilişlər üçün yeni doğulan zaman götürüb saxlamışam. 4 canavar idi. 2-ni götürdüm. 2- ni təbiətə buraxdım”.

Filmin ssenari müəllifi isə Yeganə Kərimzadədir. O baş qəhraman olan Ülkəri canavarlarla baş-başa qoyur. Hər kəsi heyrət və maraq bürüyür – canavarlar ona dəyəcəkmi? Bu isə hələlik sirr olaraq qalır.

F. Nağıyevin sözlərinə görə, film tamaşaçılara adrenalin dolu anlar yaşadacaq. “Çünki dinamika üzərində qurulub. Burada artıq söz yığını yoxdur. Baş verən hadisələr isə həyəcan doğurur. Peşəkar aktyor heyətimiz var. Filmdə Rövşən Kərimduxt, Nəsibə Eldarova, Mətləb Abdullayev, Azad Şükürov və s. rol alıb. Filmin bütün heyyəti əməkdar və xalq artistləridir. Aprel ayında tamaşaçıların ixtiyarına verəcəyik. Hər kəsi bu filmi izləməyə dəvət edirik”,- kinorejissor bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu