Sosial

“Ümid ilə gəl” verilişində gözlənilməz hadisə! – Analiz nəticələri açıqlandı – VİDEO + FOTOLAR

“MTV Azərbaycan” kanalında yayımlanan “Ümid ilə gəl” verilişinin bugünki buraxılışında gərgin anlar yaşanılıb. Belə ki, Yardımlı rayon sakini Saleh Şamilov öz həyat yoldaşı Sevanənin bir neçə dəfə müxtəlif kişilərdən hamilə qaması və dəfələrlə evdən qaçması ilə ittiham edib. Saleh veriliş zamanı bildirib ki, Sevanənin qardaşı Mahir ona zəng edərək, iki azyaşlı qız övladının təhlükədə olduğunu açıqlayıb. Mahirin Salehə dediklərinə görə, uşaqlar babası tərəfindən fiziki və psixi zorakılığa məruz qalır. Salehin “Ümidlə gəl” verilişindən istəyi isə məhz buna görə Sevanəni analıqdan məhrum etmək, həmçinin, babası Nasimdən uzaq tutmaqdır.

Canlı efirdə yaşanan gərgin anlar hələ də davam etməkdədir. Narkotik aludəçisi olduğu deyilən Salehin analizlərinin cavabları studiyaya gətirildi!

Əlavə edək ki, Tarix Əliyevin aparıcısı olduğu verilişdə eskpertlər qismində Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, jurnalist Tahirə Məmmədqızı, Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva, ailə problemləri üzrə sosial-ekspert Zaur Quliyev iştirak ediblər.

Qeyd edək ki, “Ümid ilə gəl” verilişi həftə içi hər gün saat 12.00-da MTV Azərbaycan” kanalında yayımlanır.

Ümidi hər yerdən kəsilənlər, siz də problemlərinizin həlli üçün “Ümid ilə gəl” verilişinə qatıla bilərsiniz.

    

Bugün TV

Oxşar xəbərlər

Alimlər iştahanı idarə edən gözlənilməz mexanizmi aşkar ediblər

Aynur Camal

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

The Guardian: Özünəinamı artırmağın yolları – psixoloqlar və ekspertlərdən yeni tövsiyələr

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu