Dünya

ÜST-ün baş direktoru Suriyanın zəlzələ bölgəsində olub

Bugun.tv AFP agentliyinə istinadən xəbər verir ki,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri zəlzələnin episentrinin yerləşdiyi Suriya ilə Türkiyə arasındakı Bab əl-Hava sərhəd keçid məntəqəsində olub. Təşkilatın rəhbəri Tedros Adhanom QebreyesusTürkiyə sərhədi yaxınlığındakı xəstəxanalara və müvəqqəti yaşayış sığınacağına baş çəkib.

Suriya Səhiyyə Nazirliyi təbii fəlakət nəticəsində azı 1414 suriyalının öldüyünü, 2349 nəfərin isə yaralandığını bildirib. Dəməşqin nəzarətindən kənar bölgələr daha çox zərər çəkdiyindən beynəlxalq qeyri-hökumət təşkilatları itkilərin sayının artmasından ehtiyat edirlər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Hadisə Türkiyənin 10 vilayətində geniş dağıntılara səbəb olub. Yeraltı təkanlar, ardınca yüzlərlə titrəyişlər, Suriyanın ən çox zərər çəkdiyi qonşu ölkələrdə də hiss olunub. Fevralın 22-də Hatay vilayətində yenidən 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

Bugün TV

Oxşar xəbərlər

Miqrasiya böhranı: Ailələr itkin düşən övladlarını axtarır

Aynur Camal

ABŞ-ın 25 ştatı Tramp administrasiyasını yeni gömrük rüsumlarına görə məhkəməyə verdi

Aynur Camal

İran ABŞ-ı güzəştlərə məcbur etmək üçün təzyiq strategiyasını genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu