30 C
Baku
19 İyul 2024, 13:48
DünyaSosial

Məktəblərdə smartfonlar qadağan edilməlidir! UNESKO ÇAĞIRIŞ ETDİ

UNESCO çağırış etdi

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumu olan UNESKO 18 ildir ki, Qlobal Təhsil Monitorinqi Hesabatını dərc edir. Bu il təhsillə bağlı dünya miqyasında qiymətləndirmə və tövsiyələrin yer aldığı hesabatda mobil telefon qadağasına xüsusi diqqət yetirilib.

UNESKO-nun hesabatına görə, mobil telefondan həddindən artıq istifadə təhsilin zəif olması ilə birbaşa bağlıdır. Smartfonlardan saatlarla istifadənin uşaqların emosional sabitliyinə mənfi təsir etdiyinə dair sübutlar var. Buna görə də, UNESKO məktəblərdə smartfonların qadağan edilməsini tövsiyə edir.

UNESKO-nun baş direktoru Odri Azulenin sözlərinə görə, rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun cəmiyyətdə necə təşkil olunması ilə bağlı xəbərdarlıqlar səsləndirildiyi üçün təhsildə istifadə üsuluna da diqqət yetirilməlidir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Hərbi təlimdə əl qumbarası qəzası: 1 ölü

Kəmalə Sultan

Papua-Yeni Qvineyada iğtişaşlar nəticəsində 15 nəfər həlak oldu

İntizar Əmirova

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu