25 C
Baku
27 İyul 2024, 3:52
Baş xəbərDünya

UNICEF-in sözçüsü: “Qəzzada baş verənlər uşaqlara qarşı müharibədir”

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, Qəzzada baş verənləri uşaqlara qarşı müharibə adlandırdıb. Qəzzanın hazırda azyaşlılar üçün uyğun olmadığını bildirib.

İsrailin bir müddətdir intensiv hücumlar həyata keçirdiyi və böyük dağıntılara səbəb olduğu Qəzzanın cənubundakı Rəfah şəhərində çalışan Elder bölgədəki son vəziyyət və şahidi olduqları ilə bağlı AA müxbirinə müsahibə verib.

7 oktyabr 2023-cü ildə baş verən hücumlardan sonra ikinci dəfə Qəzzaya səfər etdiyini ifadə edən Elder, “Çox ümidsizlik var. İnsanlar çox yorğun, çox insan ac. Hələ də böyük bir qorxu var. Rəfaha quru hücumlar gerçəkləşdirilə bilər”, – deyib. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanasına getdiyini və oranın acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

“Xüsusilə yaralı uşaqlara xidmət edən çox kritik bir xəstəxana olan Nasir artıq xidmət göstərə bilmir. Daha iki xəstəxanaya baş çəkdim, xəstəxanalar çox məşğuldur”. BMT-nin sözçüsü açıqlamasından xəstəxana işçilərinin tibbi ləvazimat çatışmazlığından əziyyət çədiyini də bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Sülh Müqaviləsi Ermənistanda çaşqınlıq yaratdı

Aynur Camal

Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib

Aynur Camal

Amerikalı media məşhuru Taker Karlson Putindən iki saat müsahibə aldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu