Image default
Dünya

UNICEF: Livanda ötən həftə hər gün orta hesabla 11 uşaq ölüb və ya yaralanıb

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Rikardo Pires Livanda vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə, ötən həftə ərzində ölkədə hər 24 saatda orta hesabla 11 uşaq həyatını itirib və ya yaralanıb.

UNICEF rəsmisi Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 7 gündə 15 uşaq ölüb, 62 uşaq isə yaralanıb. Uşaqların böyük əksəriyyətinin ölkənin cənub bölgələrində hava hücumlarından zərər gördüyü bildirilib.

Pires vurğulayıb ki, yalnız son bir gündə 7 uşaq həlak olub, 30 uşaq yaralanıb. O, tərəfləri atəşkəs rejiminə tam əməl etməyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

UNICEF nümayəndəsi həmçinin bildirib ki, uşaqlar və mülki infrastruktur hər zaman qorunmalı, humanitar təşkilatların zərərçəkmiş bölgələrə maneəsiz şəkildə yardım çatdırmasına şərait yaradılmalıdır.

Qeyd edək ki, Livanda 17 apreldə qüvvəyə minmiş atəşkəsə baxmayaraq, bölgədə gərginlik davam edir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Volkswagen günəş elektrik stansiyasında qazonbiçənləri qoyunlarla əvəz etdi

Aynur Camal

Trampın Hörmüz boğazı ilə bağlı qərarı neft qiymətlərini kəskin bahalaşdırdı

Aynur Camal

Çin səhrada ABŞ hərbi gəmisinin tamölçülü maketini inşa etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu