Dünya

Unudulmuş alma növləri yenidən bazara qaytarılır

Bugun.tv xəbər verir ki, Avstriyada vaxtilə geniş yayılan, lakin sonradan kommersiya əkinçiliyində arxa plana keçən qədim alma növlərinin yenidən yetişdirilməsi üçün layihəyə başlanılıb. Məqsəd nadir meyvə növlərini qorumaq, onların dad xüsusiyyətlərini gələcək nəsillərə çatdırmaq və kənd təsərrüfatında biomüxtəlifliyi artırmaqdır.

“The Guardian” nəşrinin oktyabrın 19-da yaydığı məlumata görə, Avstriyada təxminən 2 000 alma növü tanınsa da, onların yalnız 10-a yaxını supermarketlərdə geniş şəkildə satılır.

Layihə ölkənin iri pərakəndə satış şəbəkələrindən biri olan SPAR və meyvə-tərəvəz istehsalçısı Frutura tərəfindən həyata keçirilir. Təşəbbüs çərçivəsində XIX əsrdən qalan iki nadir növün — Ştiriya bölgəsinə aid Ilzer Rosenapfel və Tirol ərazisində tanınmış Falchs Gulderling almalarının müasir şəraitdə yetişdirilməsi sınaqdan keçirilir.

Ştiriyada yaradılmış sınaq bağında bu növlərə aid 2 150 ağac yetişdirilir. İlk meyvələr oktyabr ayında toplanıb. Almaların dadı, məhsuldarlığı, xəstəliklərə davamlılığı və saxlanma müddəti araşdırılır. Nəticələr müsbət olarsa, onların regional bazarlarda satışa çıxarılması nəzərdə tutulur.

Layihə yalnız qədim meyvə növlərinin qorunmasına deyil, həm də istehlakçılara daha geniş dad seçimi təqdim edilməsinə xidmət edir. Mütəxəssislər eyni zamanda bildirirlər ki, müxtəlif alma növlərinin qorunması kənd təsərrüfatının gələcəkdə iqlim və xəstəliklərlə bağlı çətinliklərə davamlılığı baxımından da əhəmiyyətlidir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniyada əlilliyi olan hava sərnişinlərinin hüquqları gücləndiriləcək

Aynur Camal

Quş qripindən sonra dəniz quşlarının sayı bərpa olunur

Aynur Camal

Halley kometinin izləri bu həftə gecə səmasında görünəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu