19 C
Baku
8 Sentyabr 2024, 3:20
Digər

Ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb

Həkimlər həyəcan təbili çalır. Son illərdə ürək xəstəlikləri ilə bağlı müraciətlərin sayı çoxalıb.

Bugun.tv-yə bu barədə invaziv-kardioloq Sərdar Abdullai məlumat verib.

Onun sözlərinə görə, bunun bizdən asılı olan və olmayan səbəbləri var. “Bizdən asılı olmayan səbəblər bizim genetikamızdır. Necə ki, əmidə, dayıda, atada bu xəstəlik var, bizdə də olma ehtimalı böyükdür. Yaş faktoru əsasdır. Yaşa dolduqca bu xəstəlik riski daha da artır. Üçüncü cinsi faktordur. Ürək xəstəliklərindən əziyyət çəkənlər qadınlara nisbətən, kişilər daha çoxdur. Əvvəlki dövr kimi deyil. Yəni bu gün biz deyə bilmərik ki, 50 yaş üzəridirsə, infartk keçirmə riski var. Artıq bu limit aradan  qalxıb. Ürək-damar xəstəlikləri o qədər cavanlaşıb ki, hətta 30-35 yaş sıradan bir yaş olub. Hətta 30 yaş altı bizə infarktla bağlı müraciət edənlər var.

Dünya statistikasına görə, Azərbaycan ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ilk sıralardadır.

S.Abdullai deyir ki, yediyimiz qidalar, passiv həyat tərzi, fiziki aktivliyimizin olmaması, tütün məmulatlarından istifadə etmək ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. “Bunlar artıq bizim özümüzdən asılı olan səbəblərdir. İnsanlarımız daha çox duza, yağlı qidalara üstünlük verirlər.  Bu da ürəyə birbaşa təsir göstərir. Əsas da qış aylarında turşulardan istifadə edirlər ki, onun da tərkibində duz olduğu üçün ürək-damar xəstəliklərini artırır. Bundan başqa, insanlar piyada gəzmir, hərəkət etmirlər. Biz sutka ərzində 10 min addım gəzəriksə, ürək xəstəliyinə tutulma 50 faiz azalmış olur. Bu isə böyük nəticədir”.

Həkim S.Abdullai onu da əlavə etdi ki, ümumilikdə, pasiyentlərin mütəmadi olaraq kardioloq müayinəsindən keçmələri vacibdir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Həmyerlimiz karate üzrə yarışda erməni rəqibini məğlub etdi

Nigar Məmmədova

Səlçuk Karakılıç: “Qardaş köməyinə ehtiyacımız var”

Şükufə Ramizqızı

Azərbaycan və Qazaxıstan nümayəndələrinin işçi görüşü keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu