20 C
Baku
18 Aprel 2024, 11:16
Baş xəbərDünya

Brovarıda təyyarə qəzası nəticəsində DİN- rəhbərliyi həlak olub

Xarici Xəbərlər. 

Brovarıda helikopterin qəzaya uğraması nəticəsində Ukraynanın Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.

“Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir Denis Monastırski, nazirin birinci müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç”, – deyə məlumatda bildirilib.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib. Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.

Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat bildirib ki, Dövlət Fövqəladə Hallar Xidmətinin tapşırıqlarını yerinə yetirən helikopter uşaq bağçasının yaxınlığında qəza edib və  nəticədə genişmiqyaslı yanğın baş verib.

Mənbə: unian.net

Aynur Camal

Oxşar xəbərlər

2 yaşlı uşaq təsadüfən ov tüfəngi ilə vurularaq öldürüldü

Bugün TV

İdmançılarmıza müvafiq vəsiqə və döş nişanları təqdim edildi

Aynur Camal

Putin Fələstinin Prezidenti Mahmud Abbasla danışıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu