34 C
Baku
27 İyul 2025, 16:03
Dünya

“Urmiya gölü problemi böhran həddinə çatıb”

Xarici Xəbərlər. 

“Urmiyada ciddi problemlərimiz var və böhran sərhəddinə çatmışıq. Urmiyanın su kvotası var və təcili şəkildə müəyyən edilməlidir”- İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Selaceqe bildirib.

“Jamaran” saytının xəbərinə görə, O, qeyd edib ki, ölkənin su təchizatının vəziyyəti ilə bağlı qırmızı işıq yandırılıb. Bir müddət öncə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının daha bir rəsmisi də deyib ki: “Urmiya gölünün su kvotası tam təmin olunmazsa, bu göl tədricən mövsümi bataqlığa çevriləcək”.

Urmiya gölünün qurudulması ilə bağlı xəbərdarlıq insan haqları və ekologiya təşkilatları ilə yanaşı Güney Azərbaycanın milli və vətəndaş cəmiyyəti fəalları tərəfindən də dəfələrlə səsləndirilib.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

66 yaşlı Madonna fotosessiya ilə pərəstişkarlarını heyran etdi

Aynur Camal

Uçuş aparatlarının şəhər üzərində uçmasına qadağa qoyuldu

Nigar Məmmədova

Aİ Komissiyası etimad səsverməsi aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu