18 C
Baku
16 Mart 2025, 16:25
Sosial

Uşağa fiziki və psixoloji şiddət yolverilməzdir

Uşaqlar bizim gələcəyimizdir. Sağlam və xoşbəxt gələcək üçün isə hər birimiz diqqətli olmalıyıq. Uşaqların düzgün və cəmiyyətə yararlı fərd kimi yetişməsi üçün onların tərbiyləndirmə üsulu vacib əhəmiyyət kəsb edir. Məsələn, səhv etdikləri zaman onlara verilən cəzalar necə olmalıdır? Ümumiyyətlə, uşağı cəzalandırmaq düzgündürmü?
Çox zaman valideynlər intizam qaydalarını pozan, sözünə qulaq asmayaraq dəcəllik edən övladlarını özlərinə xas üsullarla cəzalandırırlar. Uşağın səhvini anlaması üçün verilən cəza isə çox zaman onun kaprizlərini daha da artırır və nəticədə o aqressiv, ağlağan birinə çevrilir. Psixoloqlar bildirir ki, bunun əsas səbəbi onlara yanlış cəzanın verilməsidir. Məsələn, uşağa “mən sənin anan deyiləm, mənimlə danışma” kimi ifadələr işlətmək, səhvlərini yoldaşlarının yanında deyərək, onu pis vəziyyətdə qoymaq yolverilməzdir.
Psixoloq İlahə Dəmirbəyin sözlərinə görə, fiziki şiddət, cəzalar daha sonra təhqiredici cəzalar olmamalıdır. “Onu kimlərinsə yanında pərt etmək qışqırmaq, vurmaq qəti olmaz. Çünki bu uşağın bir fərd kimi formalaşmağına birbaşa maneçilik törədir. Burada cəzalar nələr olmalıdı? Uşağın sevdiyi şeylərdən kənarlaşdırmalıyıq. Məsələn, uşaq əgər həddindən artıq çox oyun oynayırsa bunun saatını azaltmaq olar. Və ya parka getmək üçün hər gün 1 saat vaxt ayrılıbsa, bu 3 gün parka getməmək cəzası ilə əvəzlənə bilər. Uşaq televizor, planşet, kompüterlərdən istifadə edirsə müəyyən zaman ərzində onlara həmin əşyaları verməmək olar. Onu hər gün etmək istədiyi, arzuladığı vərdişlərdən uzaqlaşdırmalıyıq ki, cəzanın niyə verildiyini anlasın”.
Fiziki şiddət görən uşaqlarda zamanla natamamlıq kompleksi, özgüvən və təşviş yaranmağa başlayır. “Küncdə saxlamaqdansa uşağı öz otağına göndərmək olar. Öz otağına, məkanına, oyun yerinə çəkil və bunu düşün. Yəni bu daha yaxşı bir metoddur. Və ütsəlik də “bu gün sənə yemək yoxdur” demək olmaz. Çünki bu uşağın təbii ehtiyacıdır. Yəni təbii ehtiyacı biz heç bir zaman cəzaya çevirməməliyik. Məsələn, valideynlər çox zaman səhv edir, dərsi də cəza olaraq verir. Misal üçün, uşaq dərsini, ev tapşırıqlarını edib, amma hansısa bir hərəkəti valideynə xoş gəlməyib. Ana və ata uşağa “3 səhifə riyaziyyatdan misal yazacaqsan” və yaxud “bu kitabı filan səhifəyə qədər oxuyacaqsan” kimi əmrlər verməməlidir. Bu zaman o uşaq dərsi bir elm yox, cəza kimi başa düşəcək”.
Uşaq səhvini anladığı üçün ona təşəkkür etmək, bir daha təkrarlamayacağına inandığını söyləmək lazımdır ki, o özünü cəzaya alışdırmasın. Çünki bəzən o qəsdən, yaxud bilməyərək etdiyi yanlışı anlamaq yerinə, həmin cəza növünü bir növ oyun olaraq başa düşməyə başlayır.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Mən kəsilən pensiyalarımın bərpasını istəyirəm”-VİDEO

Elnarə Dərziyeva

“Genetik testlər diaqnozu artıq mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcək”

Aynur Camal

Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu