16 C
Baku
28 Mart 2024, 13:26
Baş xəbərDünya

Uşağın təxəyyülünü necə inkişaf etdirmək olar: 7 asan yol

Bugun.tv xəbər verir ki, mütəxəssislərin araşdırmalarına əsasən uşaqların təxəyyülünü inkişaf etdirməyin müxtəlif üsulları var.
Saysız-hesabsız öyrədici oyuncaqlar və proqramlardan əlavə, daha asan və büdcəyə daha uyğun yollarla bunları etmək olar.

  1. Məsələn, ekspet-həkimlərin fikirincə müstəqil oxumağı öyrənərkən, böyüklər də uşağı ruhlandırmaq və dəstəkləmək üçün orada olmalıdır. Bütün bunlar onda müntəzəm oxumaq istəyi və vərdişinin formalaşmasına kömək edə bilər.
  2. Hekayələr uydurun
    Gecələr bunu etməmək daha yaxşıdır, çünki körpə yuxuya getmək üçün çox həyəcanlı ola bilər. Ənənəvi olaraq başlaya bilərsiniz: “Bir zamanlar …” sonra isə davamını oğlunuz və ya qızınız düşünüb desin. Fikir körpüsünü tamamlamaq üçün yenidən siz böyüklər kömək etməlisiz. Ardınca söz yenidən uşağa ötürülür və s. Nəticədə, ikiniz başqa hekayələrdən heç də az maraqlı olmayan öz nağıl kainatınızı çox yaxşı yarada bilərsiniz.
  3. Günü birlikdə yekunlaşdırın
    Uşaqlardan gün ərzində başlarına gələnləri soruşun, diqqətlə dinləyin, suallar verin – bir sözlə, marağınızı göstərin. Uşağın danışdığı situasiya zamanı özünü necə hiss etdiyini mütləq soruşun, nə etdiyini və nə edə biləcəyini müzakirə edin. Məsləhət verin, amma təkid etməyin.
  4. Oyunlar oynayın
    Uşağınız qaydaları öyrəndikdən sonra onları düşündürmək üçün qaydalarda bir az dəyişiklik edin. Məsələn asan, lakin yaradıcı oyunun gözəl nümunəsi The Floor Is Lava! Uşaqlar adətən onu çox sevirlər və zövqlə oynayırlar. Birdən “Ağların hamısı lavadır!”, sonra isə “Toxunduğum hər şey lavadır!” deyərək qaydaları dəyişin və s.
  5. Uşağınızı yaradıcılıqla məşğul edin
    Kiminsə rəsm, modellik, musiqi kimi genetik istedadı var, kimsə yox, amma hər halda, övladınıza nə qədər tez sərbəst yaradıcılıq imkanı versəniz, istedadın inkişaf etmə ehtimalı bir o qədər yüksəkdir. Uşağınıza sadəcə qələm və kağız verin və ona heç vaxt göstəriş verməyin; yaradıcılıq prosesinin özü ilə məşğul olmasına icazə verin. İncəsənət uşağı başı ilə tutursa, yeganə vəzifəniz onun həmişə çoxlu qələm, flomaster, boya, plastilin olmasını təmin etmək olacaq.
  6. Hekayələr danışın
    Valideynləri onlara bir şey deyəndə uşaqlar adətən qulaq asmağı sevirlər. Uzun müddət bir şeyə diqqət yetirə bilməsələr də, sizi dinlədikcə, onların diqqətini yüz faiz siz alacaqsınız. Buna görə də, məsələn, kiçik olduğunuzda başınıza gələn bəzi hekayələr, ailə tarixinin epizodları və hər hansı bir şey haqqında danışın. Bunu vərdiş halına gətirin – məsələn, uşaq bağçasına və ya məktəbə gedən yolda qısa, üç-beş dəqiqəlik hekayə.
  7. Təbiətə çıxın
    Hətta şəhər parkında gəzinti uşaq üçün yeni bir dünya açan heyrətamiz bir macəra ola bilər. Onun diqqətini işlərinə tələsən qarışqalara, müxtəlif böcəklərə, quşlara – ümumiyyətlə, yolda rastlaşdığınız hər şeyə cəlb edə bilərsiniz.

Uşağın marağını, ona xas olan kəşf və macəra arzusunu oyatmaq, dünyaya laqeydliklə baxmamağı, ətrafdakı hər şeyi müşahidə etməyi öyrətmək olar. Məsələn, birlikdə ətrafdakı budaqlardan bir daxma və ya bir qum qalası tikdiyiniz zaman uşağın təxəyyülünün necə inkişaf edəcəyinin şahidi olacaqsız!

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Səfir Nyu-Yorkda həbsdə olan rusiyalılara baş çəkdi

Nigar Məmmədova

İctimai asayişi pozan 510 nəfər həbs olundu

Bugün TV

Evlərdən 300 kiloqram fındıq oğurlayan şəxslər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu