15.7 C
Baku
17 May 2025, 1:11
Dünya

Uşaq sayı 44 ildir ki, azalır

2025-ci ildə ölkə üzrə 14 yaşa qədər uşaqların sayı da azalıb.

Əhalinin cəmi 11,1 faizini təşkil edən uşaqlar ölkədə qocalma və məhsuldarlıq böhranını yenidən gündəmə gətirib. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, 1 aprel 2025-ci il tarixinə 14 və ondan aşağı yaşda olan uşaqların sayı 13 milyon 660 min nəfərə qədər azalıb.

Bu rəqəm ötən illə müqayisədə 350 min azdır. Ölkədə uşaq əhalinin sayının azalması 44 ildir ki, fasiləsiz olaraq davam edir. Bu göstərici ABŞ-da 21,7 faiz, Çində isə 17,1 faiz təşkil edir.

Məlumatlar 5 May Uşaqları Müdafiə Günündən əvvəl ictimaiyyətlə paylaşılıb.

Mütəxəssislərin fikrincə, bir ölkənin əhalisini saxlaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır.

Lakin Yaponiyada bu nisbət uzun müddətdir ki, 1,3 civarındadır. Bu vəziyyət doğumların sayının ölənlərin sayından xeyli aşağı qalmasına səbəb olur.

Məsələn, 2014-cü ildə ölkədə 1,62 milyon insan həyatını itirdiyi halda, doğulanların sayı bu rəqəmin yarısına belə çatmayıb. Bu gün Yaponiya əhalisinin 20 faizindən çoxu 65 yaşdan yuxarıdır.

Doğum nisbətlərinin azalması və əhalinin qocalması əmək bazarına, sosial təminat sisteminə və qayğı xidmətlərinə təzyiq göstərir. Evlilik nisbətləri sabit olsa da, boşanmaların sayı artır.

Yaponiya hökuməti dörd günlük iş həftəsi, evlilik və uşaqlar üçün təşviqlər, körpələr evi tutumunun artırılması kimi addımlarla doğum nisbətlərini artırmağa çalışır.

Bununla belə, yüksək yaşayış xərcləri, aşağı maaşlar, sıx iş tempi və məhdud yaşayış sahələri bu səylərin təsirini azaldır.

Yaponiyadan başqa, Çin, Cənubi Koreya, Honq-Konq və Tayvan da oxşar əhali böhranı ilə üzləşirlər.

Avropada İspaniya və İtaliya kimi ölkələr immiqrasiya siyasəti ilə doğuş səviyyəsinin aşağı düşməsini kompensasiya etməyə çalışırlar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şərqi Afrikada-Uqandada Eboladan 11 nəfər ölüb

Aynur Camal

İsrail Qəzzada bir evə hava hücumu nəticəsində 6 fələstinlini öldürdü

Aynur Camal

Ümumi amnistiya elan edildi! 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu