19 C
Baku
8 Sentyabr 2024, 3:17
Baş xəbərSəhiyyə

Uşaqlar niyə kəkələyir? – ARAŞDIRMA

Bugun.tv-nin araşdırmasına görə, yenicə danışmağa başlayan uşaqlarda kəkələmə valideynləri narahat edir. Çünki gənc yaşda qalıcı olub-olmadığı bilinmir. Kəkələmə uşaqların daxili aləmində həll edə bilmədiyi bir vəziyyətin əksi olsa da, nevroloji problemin göstəricisi sayılır.

Nitq pozğunluqları, adətən nitq və dil bacarıqlarının normal inkişafdan qalmasının göstəricisidir. Kəkələmə isə danışarkən sözlərin təkrarlanması, uzanması, bloklanması və ya atlanması şəklində özünü göstərir.

Bu hal uşaqlarda əsasən, 2-5 yaşları arasında baş verir. Çünki həmin dövr nitq bacarıqlarının sürətlə inkişaf etdiyi bir vaxtdır.

Bu vəziyyəti ilk növbədə beynin fizioloji quruluşundan qaynaqlanan üzvi bir problem olaraq təyin edilir.

Alimlər kəkələmənin psixoloji səbəblərdən qaynaqlanmadığını araşdırmaq  üçün əvvəlcə nevroloji müayinə, ardınca isə audioloji qiymətləndirmə aparılmasının  vacib olduğunu deyirlər. Əgər bu problemlər yoxdursa, travmatik təcrübə nəticəsində yaranan kəkələmədən danışırıqsa, o zaman uşağın yaşına uyğun psixoterapevtik prosesə başlamaq lazımdır.

Beləliklə, kəkələməyə nə səbəb ola bilər? Erkən yaşlarda görünən kəkələmə probleminin bir çox psixoloji əsası var. Mütəxəssislər bu səbəblər arasında eşitmə ilə bağlı məsələyə diqqət çəkirlər. Uşağın danışarkən düzgün nəfəs ala bilməməsinin də kəkələmə ilə nəticələndiyi söylənilir.

Kəkələmənin səbəblərindən biri də uşaq solaxay olarkən valideynlərin onları sağ əldən istifadə etməyə yönəltməsidir. Bu vəziyyətin beyindəki nitq mərkəzinə təzyiq göstərdiyi üçün kəkələmənin baş verə biləcəyi qeyd olunur.

Buna görə də, valideynlərdən bu kimi məsələlərə xüsusi həssaslıqla diqqət etmələri tövsiyə olunur.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: “Qərəzli qətnamələr regionda Avropa dəyərlərinə inama ciddi zərbə vurur”

Teymur Əziz

Prezident Ərdoğandan bayram təbriki

Bugün TV

DİN-də “Heydər Əliyev ili”nə həsr olunan tədbirlər davam edir – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu