4 C
Baku
15 Yanvar 2026, 3:13
Səhiyyə

Uşaqlarda tənəffüs yolu infeksiyalarının artdığı bildirilir

Son günlər bir sıra valideynlər məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında öskürək, qızdırma və halsızlıq kimi əlamətlərin artdığını müşahidə etdiklərini bildirirlər.

Etibarlı mənbələrdən Bugun.tv- yə daxil olan məlumatlara görə, bəzi poliklinikalara müraciətlərdə artım olduğu qeyd olunur.

Həkimlər mövsümlə bağlı tənəffüs yolu infeksiyalarının aktivləşməsinin normal hal olduğunu vurğulayır və valideynlərə uşaqları diqqətlə izləməyi tövsiyə edirlər.

Mütəxəssislər xüsusilə qızdırma, davamlı öskürək və nəfəs darlığı kimi əlamətlər yaranarsa, vaxtında tibbi yardım alınmasını məsləhət görürlər.

Hazırda rəsmi qurumlar tərəfindən hər hansı xüsusi virus yayılması ilə bağlı açıqlama verilməyib. Bununla belə, poliklinikalarda gündəlik müraciətlərin artması valideynləri daha diqqətli olmağa sövq edir.

Bugun.tv olaraq mövzu ilə bağlı aidiyyəti qurumların rəsmi açıqlamasını gözləyirik.

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən sağlam tərəvəzi hansıdır?

Aynur Camal

Gecə saat 3-də yatmaq vərdişindən necə qurtulmaq olar? Nevroloqdan 7 tövsiyə

Aynur Camal

Tətildən sonra iş rejiminə necə qayıtmaq barədə məsləhətlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu