30 C
Baku
9 İyun 2025, 16:33
Baş xəbər

“Uşaqların Rəngli Dünyası” adlı Uşaq Festivalı keçirildi

1 İyun 2025-ci il tarixində Yasamal Parkında Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi və UNEC İnklüziv Təhsil Mərkəzi, “Zəfər Yolu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yasamal parkında “UŞAQLARIN RƏNGLİ DÜNYASI” adlı əlilliyi olan uşaqlar üçün festival keçirilib.

Bugun.tv -xəbər verir ki, Festivalda Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin VII çağırış deputatı Elnarə Akimova iştirak ediblər.

Tədbirin açılışını UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova edərək, mərkəzin yaradılması, məqsədləri və fəaliyyəti barədə məlumat verib. O, inklüziv təhsilin cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və sosial inteqrasiya baxımından mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrin davamlı inkişafının vacibliyini qeyd edib.

Daha sonra “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Abdullayeva və “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin sədri Leyla Salmanlı da çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının solistləri Nəzrin Nur və Nurlan Namazov, UNEC məzunu gənc müğənni Fərid Mərd və digər ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıblar.

Tədbir əsasən həssas kateqoriyaya aid uşaqların əyləncəli və unudulmaz gün keçirməsi məqsədilə təşkil olunub.

Bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, uşaqların sosial adaptasiyası üçün olduqca vacibdir.

Aynur Camal

Oxşar xəbərlər

Ölkənin ən təhlükəli məhbusları qaçdı!

Aynur Camal

Zəncirvari qəza: 2 ölü, 20 yaralı

Aynur Camal

Pens 2024-cü il ABŞ prezident seçkilərində namizəddir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu