Bugun.tv xəbər verir ki, son zamanlar valideynlər uşaqlarına təhsil vermək əvəzinə diplom almaq haqqında düşünür.
“Uşaqların istedadlarını vaxtında üzə çıxardıb valideynlə onu əvvəldən yönəltmək lazımdır. Uşağın asudə vaxtını səmərəli təşkil etməliyik. Əgər idmana maraqlıdırsa idman yarışlarına, əl işlərinə maraqlıdırsa bu üzrə yaradıcılığa həvəsləndirmək olar. Təəssüflər olsun ki, bunun üçün peşə məktəbləri bizdə yoxdu, formal olaraq qalıb. Ona görə də, bu işi etmək valideynlərin öz üzərinə düşür. Valideyn uşağının 5 yaşından sonra baxdığı verilişlərə nəzarət etməlidir. Çünki, uşağın hansı verilişə baxmağının da böyük təsiri var”, – E.Bayramlı bildirib.
Müxbir: İntizar Əmirova
