Image default
Sosial

ÜST: “Avropada, o cümlədən Azərbaycanda qripin yayılmasında artım müşahidə olunur”

“Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu virusların yayılmasında artım müşahidə olunur”.

Bugun.tv xəbər verir ki, bu barədə mətbuata Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, həm ilkin tibbi yardım, həm də xəstəxana səviyyələrində xəstələrin sayı da artıb:

“COVID-19 və mövsümi qripin birgə sirkulyasiyası ilə həssas insanların, o cümlədən yaşlıların, immuniteti zəif olan şəxslərin, hamilə qadınların və yeni doğulmuş körpələrin sağlamlığı daha böyük risk altındadır. Biz infeksiyaların qarşısını almaq, həssas insanları qorumaq və səhiyyə sistemimizin çoxsaylı təhlükələrin qarşısını alması üçün səylərimizə davam etməliyik”.

ÜST virusun yayılmasının qarşısını almaq üçün əlimizdə olan aşağıdakı vasitələrdən istifadə etməyə çağırır:

• COVID-19 və qripə qarşı peyvənd olunmaq;
• Kütləvi və ya qapalı yerlərdə maska taxmaq;
• Əlləri mütəmadi olaraq təmizləmək;
• Özünüzü pis hiss edirsinizsə, evdə qalmaq;
• Öskürərəkən və ya asqırarkən ağzı salfet və ya bükülmüş dirsəklə örtmək;
• Xüsusilə kütləvi və ictimai yerlərin yaxşı havalandırılmasını təmin etmək.

Bugün TV

Oxşar xəbərlər

Soyuq su ilə hazırlanan ilk hazır əriştə Yaponiyada satışa çıxarılır

Aynur Camal

Ceyhun Məmmədov: Müəllimin geyimi məktəbin nüfuzuna və peşə etikasına uyğun olmalıdır

Aynur Camal

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu