25 C
Baku
27 İyul 2024, 4:19
Baş xəbərDünya

Üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralandı

Bugun.tv xəbər verir ki, Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançıların hücumu nəticəsində BMT-nin 8 sülhməramlısı yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasından verilən açıqlamaya görə, hadisə paytaxt Qomadan təxminən 20 kilometr uzaqlıqdakı Sake qəsəbəsində baş verib.

Ruanda tərəfindən dəstəkləndiyi iddia edilən və ilin əvvəlindən hücumlarını artıran üsyançı 23 Mart Hərəkatı (M23) strateji əhəmiyyətli Şimali Kivu əyalətinin paytaxtı Qomanın Sake qəsəbəsinə çatıb.

M23 üzvləri Ruanda sərhədində yerləşən Şimali-Kivu əyalətinin Rutşuru bölgəsindəki bir çox yaşayış məntəqəsini nəzarətə götürərək və Qomaya gedən iki əsas yolu bağlayaraq Şimali-Kivu əyalətinin mərkəzi hökumətlə quru əlaqəsini kəsiblər.

Hazırda Sake şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə M23 üzvləri arasında şiddətli toqquşmalar davam edir.

Ruanda, Uqanda və Burundi ilə sərhədinin yerləşdiyi Konqo Demokratik Respublikasının şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təhlükəsizlik kilidləri nasaz oldu, faciəli ölüm baş verdi

Sevinc Sadıqova

Yaşlılara qulluq mərkəzində yanğın başverdi: Xəstələr təxliyə edildi

Bugün TV

Məişət zoraklığının qarşısını almaq üçün nə etməliyik?

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu