Baş xəbərSosial

“Utilizasiya ilə bağlı ayrıca qanun hazırlanmalıdır”  

“Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsi müzakirə olundu. Çıxışımda qeyd etdim ki, bir sıra region ölkələrinin və eləcə də, Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olardı. Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir”.

Bugun.tv xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov öz facebook hesabında məlumat verib. “Avropa ölkələrində utilizasiya ilə bağlı 2 fərqli praktika var. Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var. İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var”, – V.Bayramov vurğulayıb.

 

Bugün TV

Oxşar xəbərlər

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Elnarə Dərziyeva

Fotoqrafın səma görüntüsü süni intellekt işi hesab edilib

Aynur Camal

Veteranlar Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu