Image default
Baş xəbər

Uzaqgörən siyasətin nəticəsi – FOTO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycanın sabitlik və təhlükəsizlik adası kimi tanındığını, ölkəmizdə həmrəylik və xalq-iqtidar birliyinin nəticəsi olaraq böyük inkişafın əldə edildiyini bildirib.

O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Məlahət İbrahimqızı çıxışında Azərbaycanın ən inkişaf etmiş dövrünü yaşadığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində dinamik fəaliyyət həyata keçirilir.

Məlahət İbrahimqızı yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.

Çıxışının sonunda M.İbrahimqızı bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Seçicilər Səkinə Babayeva  və digərləri çıxış ediblər. Qeyd olunub ki, onlar qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərdə yenidən YAP-ın namizədinə etimad göstərəcəklər.

Qeyd edək ki, deputatlığa namizəd seçiciləri ilə məhəlli görüşlər də keçirib.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Ərdoğan NATO liderlərinə xatirə hədiyyəsi olaraq revolver təqdim etdi

Aynur Camal

İlham Əliyev Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktarı qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu