Baş xəbərSosial

Vətəndaş qəbulunun tarixi dəyişdirildi

Bugun.tv-yə DİN-dən daxil olan məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilib.

Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı, Sabirabad şəhər və rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Aynur Camal

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu