Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər Gənclər evinin tərəfdaşlığı və Müşfiq Nəsirlinin rəhbərliyi ilə “Vətəndaşların, gənclərin, yol hərəkət iştirakçılarının şəhər mobilliyində rolu” adlı tədbir həyata keçirilib.
Avqust ayında keçirilən bu tədbirdə 40 nəfərdən çox iştirakçı və rəsmi nümayəndələr iştirak ediblər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-AYNA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-AAYDA, Azərbaycan Dəmir Yolları-ADY rəsmi nümayəndələr də çıxış edərək iştirakçıların marağına səbəb olublar.
Tədbirin ilk günü İnsan yönümlü şəhərlər layihəsinin təmsilçisi Azru Süleymanov tədbir iştirakçılarına təlim keçərək, gənclərin suallarını cavablandırıb.
Tədbirin son günü isə Azərbaycan Yerüstü Nəqliyyay Agentliyinin əməldaşı Xəqani Tağıyev Gənclər üçün Nəqliyyatın insana və ekosistemə vurduğu zərər haqqında təlim keçib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Anar Sadıqov da öz tövsiyyəsini və təəcrübələrini gənclərlə bölüşüb.
Görüş maraqlı müzakirələrə səbəb olaraq, qonaqları fəal iştiraka sövq edib. Tədbirdə qaldırılan suallar dərin məzmun daşıyaraq gənclərin şəhərlərdə hərəkətliliyinin yaxşılaşdırılmasına böyük marağı olduğunu bir daha sübut edib.
Tədbirin sonunda, iştirakçılar sertifikatla təltif olunublar.