34 C
Baku
26 İyul 2025, 21:29
Baş xəbərİdman

“V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib

Bugun.tv-yə daxil olan məlumata görə, “Neftçi” Peşəkar Futbol Klubunun, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

Layihə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur. Şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov, “TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Göy zəlzələlərinin sirri! Nərilti səsi və ya güclü partlayışlar ictimaiyyəti təşvişə saldı

Aynur Camal

Limon və sarımsaqdan daha təsirli: Yeməklərə bir çimdik əlavə edin…

Aynur Camal

İki məşhur opera ifaçısı “Kənd Namusu” tamaşasını ifa etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu