Baş xəbərSosial

E-sistemlər üzrə sorğu sayı 109 milyon oldu

Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin beş ayı ərzində 6,8 milyon müraciət qeydə alınıb.

Həmin dövrdə 15,7 min pensiya, 57,7 min müavinət və təqaüd, həmçinin 618 birdəfəlik ödəmə üzrə təyinat rəqəmsal infrastruktur üzərindən proaktiv qaydada aparılıb.

Yanvar-may aylarında e-qaydada 142,2 min fərdi şəxsi hesab da açılıb, Nazirliyin fəaliyyət sahələri üzrə 169,3 min e-arayış verilib.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 109 milyon olub.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Autizm Assosiasiyası Bayburt Universitetində görüş keçirdi

Elnarə Dərziyeva

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu