Bugun.tv xəbər verir ki, Polşada Vaqnerin təbliğatını aparan iki Rusiya vətəndaşı saxlanılıb. Polşa Daxili İşlər Naziri Mariuş Kaminski, Polşa Daxili Təhlükəsizlik Xidmətinin (ABW) iki Rusiya vətəndaşını polislə hərəkət edərək Rusiyaya bağlı Vaqner muzdluları üçün təbliğat apardıqları iddiası ilə saxladığını açıqladı. “TRT Haber”in məlumatına görə, Kaminski X sosial media platformasında ölkənin təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatları paylaşdı. Kaminski ölkədə daxili təhlükəsizliyin vacibliyinə toxunaraq, “ABW polislə birlikdə Krakov və Varşavada Rusiya ilə əlaqəsi olan “Vaqner” muzdlularının təbliğat materiallarını yayan iki Rusiya vətəndaşını aşkar edərək saxlayıb”. ifadəsini işlətdi. Nazir Kaminski sözügedən iki şəxsin digər əməllərlə yanaşı, casusluqda ittiham olunduğunu açıqlayıb.
Müxbir: İntizar Əmirova