Baş xəbərSiyasət

“Vaqner” muzdluları üçün təbliğat aparanlar saxlanıldı

Bugun.tv xəbər verir ki, Polşada Vaqnerin təbliğatını aparan iki Rusiya vətəndaşı saxlanılıb. Polşa Daxili İşlər Naziri Mariuş Kaminski, Polşa Daxili Təhlükəsizlik Xidmətinin (ABW) iki Rusiya vətəndaşını polislə hərəkət edərək Rusiyaya bağlı Vaqner muzdluları üçün təbliğat apardıqları iddiası ilə saxladığını açıqladı. “TRT Haber”in məlumatına görə, Kaminski X sosial media platformasında ölkənin təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatları paylaşdı. Kaminski ölkədə daxili təhlükəsizliyin vacibliyinə toxunaraq, “ABW polislə birlikdə Krakov və Varşavada Rusiya ilə əlaqəsi olan “Vaqner” muzdlularının təbliğat materiallarını yayan iki Rusiya vətəndaşını aşkar edərək saxlayıb”. ifadəsini işlətdi. Nazir Kaminski sözügedən iki şəxsin digər əməllərlə yanaşı, casusluqda ittiham olunduğunu açıqlayıb.

​ Müxbir: İntizar Əmirova

BuGün TV

Oxşar xəbərlər

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Aynur Camal

Kim Çen In Putini Rusiyanın Milli Günü münasibətilə təbrik edib

Aynur Camal

RBC: “Şimal Axını” qaz kəmərinin bərpası üç il çəkə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu