27 C
Baku
27 İyul 2024, 3:36
Dünya

Vatikan: Məryəmin zühurundan və qan damcılayan xaçlardan ehtiyatlı olun

Vatikan cümə günü ağlayan Məryəmin heykəlləri, Məryəmin görünüşləri və qan damcılayan xaçlar kimi fövqəltəbii hadisələrə ehtiyatla yanaşmağı tövsiyə edən yeni təlimatlar dərc edib.

Roma Papası Fransisk keçən il İtaliyanın RAI televiziyasına verdiyi açıqlamada Məryəmin görünüşlərinin “həmişə real olmadığını” və onların sadəcə olaraq diqqəti özlərinə çəkməyi sevən insanlar olduğunu demişdi.

Vatikanın Doktrina Bürosu (DFF) 1978-ci il qaydalarını əvəz edən bir sənəddə belə hadisələrin çox diqqətlə qiymətləndirilməsinin lazım olduğunu, çünki onlar fırıldaqçılıq və maliyyə mənfəəti və ya şəxsi kult yaratmaq üçün istifadə edilə biləcəyini bildirib.

DDF deyib ki, bir qayda olaraq, belə hallarda yepiskoplar adətən nihil obstat (Kilsə tərəfindən verilmiş sertifikat) verməlidirlər.

Bu, əslində, Vatikan tərəfindən bu fenomenin rəsmi olaraq “fövqəltəbii” kimi tanınıb-tanınmayacağı məsələsini açıq qoyan ibadətə icazə verən bir qərardır.

Ancaq belə bir tanınma olduqca nadirdir.

Cümə günü sənəddə qeyd edilməsə də, bir nümunə, 1981-ci ildən bəri Məryəmin dəfələrlə müşahidə edildiyi Bosniyada məşhur Medjugorje ziyarətgahıdır.

DDF, saxta faktlara sitayişin qadağan edilməsi və ya məhdudlaşdırılması üçün addımlar da daxil olmaqla daha beş qərar qəbul edə biləcəyini söyləyib.

DDF bəyan etdi ki, yepiskoplar qərarlarını dərc etməzdən əvvəl həmişə Vatikanın razılığını almalıdırlar və müstəsna hallarda papa və ya nazirliyin özü yerli Kilsə hakimiyyət orqanlarından yan keçməklə birbaşa müdaxilə edə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İrəvan və Tehran şəhərləri qardaşlaşacaq

Nigar Məmmədova

“Hatayda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”

Aynur Camal

Fransada Makron uzun səylərdən sonra baş nazir namizədini seçdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu