DünyaMədəniyyət

Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze ilə vida mərasimi keçirilir.

Bugun.tv xəbər verir ki, Kaşveti kilsəsində keçirilən mərasimində mərhumun yaxınları, gürcü incəsənət xadimləri, müğənnilər, aktyorlar, siyasətçilər və digər ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi yanvarın 18-də də davam edəcək.

Yanvarın 19-da isə Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.

Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu