Texnologiya

Vay-faydan gələn təhlükə

Elə bir dövrdə yaşayırıq ki, həyatımızı internetsiz təsəsvvür edə bilmirik. Hətta, dostlarla bir yerdə vaxt keçirtmək məqsədi ilə görüşəndə də vaxtımızın çoxu internetə sərf olunur. Sanki belə də olmalıdır. Daxil olduğumuz  restoranda menyudan əvvəl vay-fayın şifrəsini soruşuruq. Bəs görəsən, qoşulduğumuz vay-fay nə dərəcədə təhlükəsizdir?

Bugun.tv-nin vay-fayın zərərləri barədə araşdırmasını təqdim edirik:

Mütəxəssislərin sözlərinə görə, şifrəsiz vay-faylara qoşulmaq çox təhlükəlidir. Çünki kiberhücumlar əsasən bu cür şifrəsiz vay-faylardan gəlir.

Biz hər hansı bir məkana getdikdə, haker o məkanın adına uyğun vay-fay adları yarada bilir. Biz də bilmədən həmin o şifrəsiz vay-faya qoşuluruq. Beləliklə, hər hansı bir haker bizim şəxsi məlumatlarımızı əldə etmiş olur. Bəzən bu məlumatları bizə qarşı “silah” kimi istifadə edir. Şantaj və təhdid edərək, pul istəyir. Əgər istəyini təmin etməsək, məlumatları sosial şəbəkə platformalarında yayacağını bildirir.

Belə kiberhücumların qarşısını almaq üçün təhlükəsiziliyimizi özümüz təmin etməliyik. Məsələn, telefon və ya kompüterə mütləq antivirus proqramı yükləmək lazımdır.

Kibertəhlükəsizlik mütəxəsisi Eldar Qurbanov bildirir ki, təhlükəsizlik üçün ən vacib məqamlardan biri ödənişli VPN xidmətindən istifadə etməkdir. Ödənişsiz VPN-i qətiyyən yükləmək olmaz. Eyni zamanda,   tanıdığımız linklərə giriş eləmək lazımdır. Xüsusilə də, http ilə başlayan vebsaytlara girmək daha çox təhükəlidir.

Elektron təhlükəsizlik xidmətinin əməkdaşı Ləman Hüseynzadənin sözlərinə görə, şifrəsiz və ictimai vay-faylara qoşularkən, məxfi və şəxsi əməliyyatlar aparmamalıyıq.

Belə ki, fərdi məlumatların ötürülməsi və vətəndaşlara məxsus bank kartları vasitəsilə onlayn alış-verişlərin edilməsi bu şəbəkələr üzərindən tövsiyə olunmur. Həmçinin, bəzi cihaz və qurğularda şəbəkənin avtomatik olaraq dəyişdirilməsi funksiyası var. Vətəndaşlara tövsiyə edirik ki, bu funksiyanı telefonlarında, mobil qurğularında aktiv vəziyyətdə saxlasınlar. Çünki belə olan hallarda istifadəçidən soruşulmadan, onun icazəsi olmadan, avtomatik olaraq mühafizə olunmayan şəbəkəyə qoşulma baş verir.

Bundan başqa, evdəki vay-fayımızın  təhlükəsizliyini təmin etmək üçün şifrə qoymaq, şəbəkələrin görünməməsi üçün gizli rejimdə saxlamaq lazımdır.

Teymur Əziz

Oxşar xəbərlər

İnsan mini ürəkləri yaradıldı

Kəmalə Sultan

“Volkswagen” yeni modellərində süni intellekt proqramı tətbiq edir

İntizar Əmirova

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeniliklərə imza atıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu