Dünya

Venesuelada güclü zəlzələ: azı 32 nəfər həlak oldu, 700-dən çox yaralı var

Bugun.tv xəbər verir ki, Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Venesuela hökumətinin məlumatına görə, yeraltı təkanlar iyunun 24-də axşam saatlarında ölkənin şimal-qərbində qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Moron və San Felipe şəhərləri yaxınlığında yerləşib.

Təbii fəlakət nəticəsində çoxsaylı yaşayış binaları və infrastruktur obyektləri dağılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və dağıntılar altında qalan insanların olduğu ehtimal edilir. Rəsmilər ölənlərin sayının artacağını istisna etmirlər.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb. ABŞ Geoloji Xidməti ilkin mərhələdə sunami təhlükəsi barədə xəbərdarlıq etsə də, sonradan bu xəbərdarlıq ləğv edilib.

Mütəxəssislər bildirirlər ki, Venesuela Karib və Cənubi Amerika tektonik plitələrinin kəsişdiyi seysmik fəal zonada yerləşdiyi üçün ölkədə güclü zəlzələlər vaxtaşırı baş verir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Hansı həbləri bölmək olmaz?

Aynur Camal

Lavrov: Ukrayna ABŞ-ın dəstəyi ilə Rusiyaya qarşı terror hücumları həyata keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu