6 C
Baku
21 Dekabr 2025, 9:16
Dünya

Venesuelada seçki zorakılığı: Ölənlərin sayı artdı

Venesuelada prezident seçkilərinin nəticələrinə etiraz edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insidentlərdə həyatını itirənlərin sayı 11-ə çatıb.

Venesuela Milli Seçki Şurasının (CNE) prezidenti Elvis Amoroso hazırkı prezident Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini elan etdikdən sonra ölkədə xaos yaranıb. Paytaxt Karakasda toplaşan müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz ediblər. Nümayiş zamanı etirazçılar müxtəlif əşyaları yandırıblar və polislə qarşıdurma yaranıb.

HƏYAT İTKİSİ 11DİR

Milli mətbuatda yer alan xəbərə görə, paytaxt Karakas başda olmaqla bir çox ştatda nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində insan itkiləri artıb. Hadisələr zamanı son 2 gündə 11 nəfər həyatını itirib, saxlanılanların sayı isə 749-a yüksəlib.

Etirazlarda ölənlərdən 5-nin Karakasda, 2-nin Zuliada, 2-nin Yaracuyda, Araqua və Taçirada isə hər birində bir nəfərin olduğu bildirilib.

Etirazların artması və ictimai əmlaka ziyan dəydiyi üçün minlərlə əsgər və polis Karakasın meydanlarına, küçələrinə və magistral yollarına göndərilib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, ölkə daxilində təhlükəsizlik qüvvələrinin gördüyü “qətiyyətli” tədbirlər sayəsində şiddətin böyük ölçüdə nəzarət altına alındığı ifadə edilib.

Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

İyulun 29-da seçkilər başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.

Seçkilərin nəticələrinin saxta olduğunu iddia edən onlarla insan meydanlara çıxaraq polislə toqquşur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

PlayStation ən bahalı oyun konsolu olaraq satışa çıxdı!

Aynur Camal

Son iki gündə silahlı hücumlarda 25 nəfər öldü

Teymur Əziz

Putin ilk dəfə Donbasa getdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu