Zəfər Günü, Cəbrayıl Qənbər, veteranlar, Şəhidlər xiyabanı, Vətən müharibəsi, şəhidlərin xatirəsi, Silahlı Qüvvələr, Azərbaycan
Baş xəbər

Veteranlar Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdilər

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.

Məlumatı Bugun.Tv-yə çatdıran şair, bədii qiraətçi, ictimai xadim, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbərin sözlərinə görə, tədbirdə təşkilatın rəhbəri, polkovnik-leytenant Xəlilov, zabit və gizir heyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları və Silahlı Qüvvələrin veteranları iştirak ediblər.

Proqram çərçivəsində əvvəlcə Şəhidlər xiyabanı, daha sonra isə digər şəhidlərin məzarları ziyarət olunub. İştirakçılar Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Cəbrayıl Qənbər bildirib ki, bu cür ziyarətlərin keçirilməsi şəhidlərin əziz xatirəsinin yaşadılması, Vətən müharibəsi iştirakçıları ilə veteranlar arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Zəfər Günü, Cəbrayıl Qənbər, veteranlar, Şəhidlər xiyabanı, Vətən müharibəsi, şəhidlərin xatirəsi, Silahlı Qüvvələr, Azərbaycan

Aynur Camal

Oxşar xəbərlər

Fotoqrafın səma görüntüsü süni intellekt işi hesab edilib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp üçün “topal ördək” mərhələsi başlaya bilər

Aynur Camal

Azərbaycanlı alim Seymur Nəsirov Seneqal səfirliyi tərəfindən təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu