Image default
Baş xəbərDünyaSiyasət

Viktor Orban: “Avropa Komissiyasının büdcəyə dəyişikliklərlə bağlı təklifi qeyri-ciddidir”

Macarıstan Avropa İttifaqının (Aİ) büdcəsinə Ukraynaya əlavə yardım göstərmək üçün Avropa Komissiyası tərəfindən hazırlanmış düzəlişlərə qarşıdır.

Bugun.tv xəbər verir ki, bu barədə baş nazir Viktor Orban Avropa Şurasının sədri Çarlz Mişel, eləcə də Belçikadan olan həmkarları ilə məsləhətləşmələr zamanı deyib.

“Avropa Komissiyasının büdcəyə dəyişikliklərlə bağlı təklifi qeyri-ciddidir və bundan söhbət gedə bilməz. Brüsselin Ukraynaya daha 50 milyard avro dəyərində yardım göstərmək niyyətinə heç kim razı olmaz”, – Orban özünün Facebook səhifəsində yazıb.

Baş nazir Aİ-nin Ukraynaya göndərdiyi vəsaitlərin istifadəsi ilə bağlı məlumatın olmadığını qeyd edib. “Brüssel, əvvəlki birgə borclar üzrə faiz dərəcələrinin artması nəticəsində yaranan Aİ-nin büdcə kəsirinin ödənilməsi üçün üzv dövlətlərdən daha çox vəsait istəyir, lakin Macarıstan və Polşaya görə pulu saxlamağa davam edir”, – o vurğulayıb.

O, həmçinin hesab edir ki, Avropa İttifaqı gizli immiqrasiyanı dayandırmaq əvəzinə, qeyri-qanuni miqrantların Avropaya çıxarılması üçün yeni milyardlar ayırmaq istəyir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu