virus infeksiyası, bağırsaq problemləri, qastroenteroloq, qarında köp, qəbizlik, ishal, həzm sistemi, sağlamlıq
DünyaSəhiyyə

Virus infeksiyasından sonra bağırsaq problemləri niyə davam edə bilər?

Bugun.Tv xəbər verir ki, kəskin respirator virus infeksiyasından (KRVİ) sağaldıqdan sonra bəzi insanlarda qarında köp, ürəkbulanma, ishal və qəbizlik kimi həzm problemləri bir müddət davam edə bilər. Qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux bunun bir neçə səbəbi olduğunu açıqlayıb.

Həkimin sözlərinə görə, xəstəlik zamanı yaranan iltihabi reaksiya təkcə tənəffüs yollarına deyil, bütün orqanizmə təsir göstərə bilər. Bu proses bağırsaqların fəaliyyətini və qidanın həzm sistemində hərəkət sürətini dəyişərək narahatlıq, qaz və nəcis ifrazı ilə bağlı pozuntular yarada bilər.

Qidalanma və dərmanlar da təsir göstərir

Kaşux bildirib ki, xəstəlik zamanı insanlar adətən daha az qidalanır, tərəvəz və meyvələrdən az istifadə edir, kifayət qədər su içmirlər. Bu dəyişikliklər qəbizliyi və qarında köpü artıra bilər.

Antibiotiklər bağırsaq mikrobiotasının tərkibini dəyişə, qızdırmasalıcı və ağrıkəsici dərmanlar isə həzm sisteminin selikli qişasını qıcıqlandıra bilər.

Mütəxəssis sağaldıqdan sonra balanslı qidalanmaya tədricən qayıtmağı, kifayət qədər su içməyi və yüngül fiziki hərəkətlər etməyi tövsiyə edir. Əlamətlər bir həftədən çox davam edərsə, həkimə müraciət etmək lazımdır. Nəcisdə qan, güclü qarın ağrısı, yüksək hərarət və ya susuzlaşma əlamətləri olduqda isə tibbi yardım gecikdirilməməlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Pulun ağ salfetkaya bükülməsi adəti diqqət çəkdi

Aynur Camal

İnfarkt zamanı istifadə üçün nəzərdə tutulan yeni dərman klinik sınaqların son mərhələsindədir

Aynur Camal

Ürək sağlamlığı üçün yatmaq vaxtı ilə bağlı tövsiyə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu