28 C
Baku
27 İyun 2025, 17:07
Baş xəbərDünya

Virusoloq: Gürcüstanda qrip virusuna yoluxma halları artacaq

Gürcüstanda qrip virusuna yoluxma halları artacaq, lakin 2023-cü ildə olduğu kimi kəskin xəstəliklərin sayı az olacaq.

Bugun.tv xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İaşvili adına Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvan Çxaidze söyləyib.

Onun sözlərin görə, Gürcüstanda əsasən H1N1 və H1N3 viruslarına rast gəlinir ki, bu viruslar yüksək hərarət, baş, oynaq, əzələ ağrıları, halsızlıq kimi əlamətlərlə səciyyələnir. O, xəstəlik zamanı bədən istiliyinə nəzarət etməyi, çoxlu maye içməyi və ağır fəsadlar yarandıqda həkimə müraciət etməyi tövsiyə edib.

“Yanvarın ilk həftəsində bütün dünyada olduğu kimi, Gürcüstanda da virus xəstəliklərinə yoluxma halları artıb. Qrip dominant virusa çevrilib. Keçən il dekabrın əvvəlində qripə yoluxma halları 16 faiz təşkil edirdisə, hazırda bu rəqəm 26 faizə çatıb” – deyə, İ.Çxaidze vurğulayıb.

Tibbi direktor bildirib ki, virusun yayılmasında hava şəraiti də mühüm rol oynayır. Güman ki, soyuq günlərin başlaması ilə virus və soyuqdəymə halları artacaq.

O qeyd edib ki, Gürcüstanda qrip virusu ilə yanaşı, rinovirus, respirator virus və s. kimi viruslar da yayılır.

COVID-19 koronavirusuna gəlincə, Çxaidzenin sözlərinə görə, o, daha az aktivdir və onun nisbəti xəstəlik hallarının ümumi sayının 2,5 faizdən azdır.

İntizar Əmirova

Oxşar xəbərlər

Yazgül Abdıyeva “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olundu

Bugün TV

Yatmadan əvvəl qoltuğunuza çəkin və ömür boyu təsirini görün…

Aynur Camal

İtaliyanın Baş naziri Meloni İordaniya Kralı II Abdullah ilə görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu