19 C
Baku
8 İyun 2025, 23:08
DünyaSiyasət

Vladimir Putin Qırğızıstan prezidenti ilə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Sadır Japarov ilə telefon danışığı aparıb.

Bugun.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişafının bir sıra praktiki aspektlərini, o cümlədən ticarət-iqtisadi, maliyyə və humanitar sahələri müzakirə ediblər.

“Rusiyanın Aİİ-yə və Qırğızıstanın MDB-yə sədrliyi kontekstində tərəflər Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunublar”,- Kreml əlavə edib.

“Rusiya-Qırğızıstan müttəfiqlik münasibətlərini daha da gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib. Tərəflər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər”, – məlumatda bildirilir.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

G7 ölkələri Rusiyanın dondurulan aktivlərinin müsadirə yollarını araşdırır

İntizar Əmirova

Artemida II uçuşunda ilk dəfə qaradərli astronavt iştirak edəcək

Nigar Məmmədova

Ağılları uçuran hadisə! 190 maral gölə düşdü və faciəvi şəkildə öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu