Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Sadır Japarov ilə telefon danışığı aparıb.
Bugun.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişafının bir sıra praktiki aspektlərini, o cümlədən ticarət-iqtisadi, maliyyə və humanitar sahələri müzakirə ediblər.
“Rusiyanın Aİİ-yə və Qırğızıstanın MDB-yə sədrliyi kontekstində tərəflər Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunublar”,- Kreml əlavə edib.
“Rusiya-Qırğızıstan müttəfiqlik münasibətlərini daha da gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib. Tərəflər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər”, – məlumatda bildirilir.
Mənbə: TASS