Siyasət

Vladimir Putin Ulan-Udeyə gəlib

Rusiya prezidenti Vladimir Putin Ulan-Udeyə gəlib. O, burada Aviasiya Zavoduna baş çəkəcək. Həmçinin, Uzaq Şərq şəhərlərinin inkişafı ilə bağlı görüş keçirəcək.

Bugun.tv xəbər verir ki, bu barədə TASS məlumat  yayıb.

İclasda prezident, kabinet üzvləri, Trans-Baykal vilayəti, Saxalin və Amur vilayətlərinin qubernatorları və bəzi Rusiya şirkətlərinin rəhbərləri videobağlantı vasitəsilə iştirak edəcəklər. Baş nazir, Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev və Buryatiya Respublikasının rəhbərinin müavini Aleksey Tsidenov görüşdə şəxsən iştirak edəcəklər. Putinin Tsidenovla ayrıca görüş keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, prezident sonuncu dəfə Buryatiyaya 2017-ci ilin avqustunda Buryatiya və İrkutsk vilayətində meşə yanğınları zamanı səfər edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya Ukrayna məsələsinə ölüm-dirim məsələsi kimi baxır – Putin

Kəmalə Sultan

Türkmənistanın MSK-sı ölkədə keçirilən parlament seçkilərini legitim tanıyıb

Nigar Məmmədova

Türkiyə ordusu bir həftədə Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu