Baş xəbərİdman

Voleybol üzrə yarışların final oyunları keçirildi

Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirləri davam etdirilir.

Bugun.tv xəbər verir ki, bu münasibətlə “Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında voleybol üzrə yarışların final oyunları keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəsmiləri və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev çıxış edərək xalqımızın böyük oğlu, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək, həm də xaraktercə cəsur olmalarına inandığını bildirib.

Bu yolun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində, ictimai həyatın bütün sahələrində olduğu kimi, idman sahəsində də böyük zirvələrin fəth edilməsini xüsusi olaraq vurğulamış, final mərhələsində təmsil olunan bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulayıblar.

“Sərhədçi” İdman Mərkəzinin “Çerlidinq və bədii gimnastika” bölmələrinin idmançılarının nümunəvi çıxışlarından sonra komandalar arasında voleybol oyununun final mərhələsinə start verilib.

Final mərhələsinə yüksəlmiş 4 komanda arasında baş tutan gərgin mübarizənin qalibi Çevik Hərəkət Qüvvələri Komandanlığının “Çevikçilər” komandası olmuş, 2-ci yerdə Sərhəd Qoşunları Komandanlığının “Zirvə” komandası, 3-cü yerdə isə Xüsusi Hava Əməliyyatları Komandanlığının “Şahinlər” komandası qərarlaşıb.

Tədbirin sonunda qalib və müvafiq yerlərdə qərarlaşan komandaların mükafatlandırılma mərasimi keçirilib.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərdi

Teymur Əziz

“Qalatasaray”ın yeni transferi bəlli oldu

Nigar Məmmədova

ABŞ-ın böyük planı: Qızıl Qübbə! Çin, Rusiya, İran və Şimali Koreya qorxusu…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu