Dünya

Volodin: “ABŞ öz marağı üçün Avropa ölkələrini xərcləyir”

“ABŞ Avropa ölkələrini vətəndaşlarının zərərinə Kiyev rejimini maliyyələşdirməyə məcbur edir. Lakin Vaşinqtonun özü bu məqsədlər üçün Ümum Daxil Məhsuldakı (ÜDM) payının cəmi 0,37%-ni ayırır”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bu, Polşanın ÜDM-in 2,1%-i olan hərbiləşdirmə və rejimin saxlanması xərclərindən 5,7 dəfə azdır.

“Estoniya, Latviya, Çexiya, Litva, Slovakiya, Bolqarıstan, Malta, Norveç, Rumıniya və Kipr xərcləri artırmaq üçün Vaşinqtona təzyiq göstərirlər”, – Volodin əlavə edib.

O, vurğulayıb ki, ABŞ  bir daha göstərdi ki, “öz siyasətinin əsas prinsipi maraqlarını həyata keçirmək üçün başqa ölkələrdən istifadə etməkdir”.

“Bundan başqa, Aİ ölkələri iqtisadiyyatlarını sabitliyi pozan anti-Rusiya sanksiyaları nəticəsində əlavə xərclər çəkirlər. Avropanın enerji sənayesinə dəstəyin ümumi məbləği 570 milyard avroya çatıb. Bu, Almaniyaya ÜDM-in 7,2%-nə başa gəldi”, – o qeyd edib.

O, Aİ liderlərinin Kiyevə silah tədarükünü davam etdirməklə, Avropa vətəndaşları hesabına milli maraqlara zidd hərəkət etdiklərini vurğulayıb.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Çin ABŞ-ın beş hərbi şirkətinə sanksiya tətbiq etdi

İntizar Əmirova

İçməli su heyvan qanından alınacaq?

Aynur Camal

Təbii fəlakət nəticəsində 33 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu