Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi üçün mühüm imkanların yarandığını bildirib.

Deputatın sözlərinə görə, məsələ Vaşinqtonda ABŞ-nin aparıcı innovasiya və texnologiya araşdırma qurumlarından biri olan İnformasiya Texnologiyası və İnnovasiya Fondunda keçirilən müzakirələrdə də diqqət mərkəzində olub.

Görüş zamanı Azərbaycanın süni intellekt və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi işlər, hüquqi bazanın gücləndirilməsi və bu istiqamətdə yol xəritəsinin təsdiqlənməsi müzakirə edilib. Həmçinin Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasının yeni strateji hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Vüqar Bayramov həmçinin öz sosial media hesabı bildirib ki, ABŞ ilə Azərbaycan arasında strateji münasibətlərin inkişafı innovasiya və yeni texnologiyaların ölkəyə cəlb olunması üçün əlavə imkanlar yarada bilər. Onun fikrincə, bu əməkdaşlıq Azərbaycanda yeni innovativ ekosistemin formalaşmasına və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verə bilər.

Deputat həmçinin Azərbaycan-Ermənistan arasında sülh prosesinin regionda investisiya mühitinə müsbət təsir göstərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, davamlı sülh rəqəmsal texnologiyalar və innovasiya sahəsinə daha çox xarici sərmayənin cəlb edilməsinə şərait yarada bilər.

Vaşinqtondakı görüşlərdə ABŞ və Azərbaycan arasında yeni innovativ əməkdaşlıq imkanları ilə yanaşı, iki ölkə arasında strateji münasibətlərin inkişaf perspektivləri də müzakirə olunub.

Vüqar Bayramov, Azərbaycan, süni intellekt, rəqəmsal inkişaf, ABŞ Azərbaycan münasibətləri, rəqəmsal iqtisadiyyat, innovasiya, Vaşinqton

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə 93 faiz artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu