Baş xəbərSosial

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Bugun.tv xəbər verir ki, Bakıda və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi nəzərdən keçirilir.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkili planlaşdırılır.

Deputatın sözlərinə görə, proqramda bu tədbirin 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulub. Hazırda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yekunlaşmaq üzrədir.

Vüqar Bayramov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək siyahılar əsasında müxtəlif qurumlarda iş rejiminin dəyişdirilməsi mümkün olacaq.

Deputat vurğulayıb ki, bir sıra Avropa ölkələrində uğurla tətbiq olunan dəyişkən iş qrafiki nəqliyyat yüklənməsinin gün ərzində daha bərabər paylanmasına imkan yaradır. Onun sözlərinə görə, fərqli işə başlama saatları səhər və axşam pik saatlarında yaranan sıxlığın azalmasına müsbət təsir göstərir.

Vüqar Bayramov bildirib ki, bu model yol-nəqliyyat sıxlığını azaltmaqla yanaşı, ictimai nəqliyyatda yüklənmənin bölüşdürülməsinə, əmək məhsuldarlığının artmasına və şəhər infrastrukturuna düşən təzyiqin azalmasına da xidmət edir.

Deputat əlavə edib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat problemini tam həll etməsə də, sıxlığın azaldılması istiqamətində mühüm addımlardan biri hesab olunur. Onun fikrincə, nəqliyyat yükünün minimuma endirilməsi üçün infrastruktur layihələri ilə yanaşı, bu kimi əlavə tədbirlərin də həyata keçirilməsi vacibdir.

Aynur Camal

Oxşar xəbərlər

Çingiz Abdullayev – El Bakuvi yaradıcılığı…VİDEO

Aynur Camal

Hindistanda ekstremal istilər hər gün minlərlə əlavə ölümə səbəb olur

Aynur Camal

“Soyuzmultfilm” 90 illik yubileyini qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu