Baş xəbərSosial

Vüqar Bayramov: “Bu Sərəncam insan hüquqlarının daha yaxın qorunması kimi dəyərlər ilə yanaşı, sosial baxımdan da vacibdir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamın şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

“Çoxlu sayda ailələri sevindirən bu Sərəncam humanizm, insanpərvərlik, insan hüquqlarının daha yaxın qorunması kimi dəyərlər ilə yanaşı, sosial baxımdan da vacibdir. Əfv olunmaq həmin vətəndaşlarımızın cəmiyyətə sosial inteqrasiyası və onların öz ailələrinə maddi dəstəyi baxımdan da önəmlidir. Xüsusən də ailə üzvünün məhkumluq həyatına görə sosial vəziyyəti pisləşmiş ailələr üçün bu xüsusi dəstək kimi xarakterizə oluba bilər.

İnanırıq ki, əfv olunan vətəndaşlarımız üçün bundan sonra qanunun aliliyini qorumaq, cəmiyyətə re-inteqrasiya olunmaq və öz ailəsinə və dövlətinə dəstək nümayiş etdirmək əsas hədəf olacaq”,- V.Bayramov bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ramazan ayının gündəlik imsak-iftar vaxtı və duaları

Bugün TV

Bursada 10 mərtəbəli yaşayış binasında yanğın baş verdi

Bugün TV

Fevralın 14-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu