25 C
Baku
29 Sentyabr 2026, 12:34
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov manatın məzənnəsi, ölkənin xarici ticarət balansı və devalvasiya riski ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı manatın məzənnəsinin 2017-ci ilin aprelindən etibarən sabit qaldığını və Azərbaycanın müsbət ticarət balansına malik olduğunu qeyd edib. Onun sözlərinə görə, milli valyutanın məzənnəsinin sabitliyi maliyyə və makroiqtisadi sabitliyin qorunmasında mühüm amillərdən biridir.

Vüqar Bayramovun fikrincə, manatın məzənnəsinə təsir göstərən əsas amillərdən biri ölkəyə daxil olan xarici valyutanın həcmidir. Bu baxımdan, dünya bazarında neftin qiyməti və qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyyə balansı üçün əhəmiyyətini qoruyur.

Deputatın paylaşımında qeyd olunub ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın ixracı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20,1 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracı iki dəfə artaraq 5,9 milyard dollar təşkil edib. Eyni dövrdə idxalın 43 faiz azalaraq 9,8 milyard dollara düşdüyü və nəticədə 10 milyard dollardan çox müsbət ticarət saldosunun yarandığı bildirilib.

Vüqar Bayramov həmçinin Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına diqqət çəkib. Onun təqdim etdiyi məlumatlara əsasən, 2025-ci ilin sonunda 11,5 milyard dollar olan ehtiyatlar 2026-cı ildə 15,3 milyard dollara yüksəlib. Deputatın sözlərinə görə, ehtiyatların artması valyuta bazarında tarazlığın qorunmasına şərait yaradan amillərdəndir.

Bununla belə, iqtisadçı deputat vurğulayıb ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyindən, orta və uzunmüddətli dövrdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən də asılı olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”

Aynur Camal

Vüqar Bayramov: Xarici sərmayələrin artması qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq

Aynur Camal

Məhəmməd Əsədullazadə: SEPAH-ın Hörmüzdəki hücumları danışıqlar prosesi ilə bağlı suallar yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu