Şuşa Şəhəri Günü, Şuşanın azad edilməsi, Vüqar Bayramov, Şuşanın iqtisadiyyatı, Qarabağın bərpası, Şuşada tikinti işləri, Şuşanın iqtisadi inkişafı, 8 Noyabr
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Noyabrın 8-də Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunacaq. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Son altı ildə həyata keçirilən layihələrlə yanaşı, Şuşanın iqtisadi göstəricilərində də ciddi artım qeydə alınıb.

Bugun.Tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.

Deputatın sözlərinə görə, Zəfərdən əvvəl Şuşanın iqtisadiyyatı əsasən respublikanın digər bölgələrində fəaliyyət göstərən müəssisələrin hesabına formalaşırdı. Son altı ildə isə şəhər öz iqtisadi inkişaf yolunu qurub.

Vüqar Bayramov qeyd edib ki, bu dövrdə Şuşanın iqtisadiyyatı 44 dəfə böyüyüb. Rayonun iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2020-ci ildə 18,5 milyon manat olduğu halda, hazırda 800 milyon manatı ötüb.

Sənaye və tikinti sektorunda artım

Deputat bildirib ki, Zəfərdən əvvəl Şuşada sənaye istehsalının həcmi cəmi 15 min manat təşkil edirdisə, hazırda emal sənayesi məhsullarının istehsalı 25 milyon manatdan çoxdur.

Tikinti sektorunda da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 12,5 milyon manat olan göstərici hazırda 750 milyon manatı ötüb.

Vüqar Bayramovun fikrincə, Şuşada aparılan bərpa və quruculuq işləri şəhərin iqtisadi potensialının formalaşmasına da təkan verib. Deputat Şuşanın artıq Qafqazın əsas inkişaf mərkəzlərindən birinə çevrildiyini və bu prosesin Qarabağ üçün yeni inkişaf mərhələsi açdığını vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

100 il – Televiziya və radio işçilərinin peşə bayramıdır

Aynur Camal

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Aynur Camal

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu