Image default
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: WUF13 Azərbaycanın iqtisadi və investisiya potensialının təqdimatı baxımından mühüm platformadır

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycan üçün mühüm üstünlüklər yaradacağını bildirib.

Deputat qeyd edib ki, Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur və artıq forumda iştirak üçün 35 minə yaxın nümayəndə qeydiyyatdan keçib.

Onun sözlərinə görə, forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın şəhərsalma sahəsində tətbiq etdiyi yeni modellərin beynəlxalq səviyyədə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.

Vüqar Bayramov vurğulayıb ki, tədbirlər paytaxt Bakıda mayın 17-dən 22-dək davam edəcək. Eyni zamanda, QarabağŞərqi Zəngəzurda da tətbiq olunan yeni şəhərsalma modellərinin forum çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Deputat bildirib ki, tədbir turizmin inkişafı baxımından da vacibdir. Onun fikrincə, forumda iştirak edən nümayəndələrin sayının çox olması Azərbaycanın potensialının tanıdılması, eləcə də yeni sərmayələrin cəlb edilməsi üçün geniş imkanlar yaradır.

O əlavə edib ki, xüsusilə qeyri-neft sektorunun və infrastruktur imkanlarının təqdimatı ölkə iqtisadiyyatının inkişafına əlavə töhfə verə bilər.

İqtisadçı deputatın sözlərinə görə, COP29-dan sonra ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan WUF13 iqtisadi inkişaf hədəflərinin reallaşdırılması baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran danışıqları neft bazarında qiymətləri aşağı səviyyədə saxlayır

Aynur Camal

Dünya Kubokunda rekord istilər narahatlıq yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə sosial dəstək 3 il davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu