13 C
Baku
13 Aprel 2026, 15:47
Baş xəbər

Vüqar Bayramov: “Xocalı faciəsi unudulmayacaq, yeni səhifə artıq açılır”

Ana Fəryadı abidəsi

Bugun.tv-yə daxil olan məlumata görə, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Xocalı Soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Deputat xatırladıb ki, Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar 2002-ci il 25 fevral tarixli müraciətində faciənin 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu vurğulamışdı.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Eyni zamanda deputat bildirib ki, işğaldan azad edilmiş Xocalıda yeni həyat başlayıb, Azərbaycan Prezidentinin rəhbərliyi ilə rayon yenidən qurulur və inkişaf etdirilir. Hazırda Xocalı şəhəri və 7 kənd daxil olmaqla artıq 4 mindən çox sakin məskunlaşıb.

Deputat əlavə edib ki, Xocalı şəhidləri hər zaman dərin hüzn və ehtiramla yad olunur, onların qanı yerdə qalmayıb, yaddaşımızda əbədi yaşayır.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu