16 C
Baku
28 Mart 2024, 14:12
Baş xəbərSiyasət

Vyaçeslav Volodinin və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

 Bugün.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı iki dövlətin qarşılıqlı münasibətlərinin inkişafı məsələlərinin müzakirəsi,  Azərbaycan Respublikası və Rusiya Federasiyasının  parlamentlərarası əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacib və önəmli olması vurğulanıb.

“Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Parlamentlərarası əlaqələrmiz sürətlə inkişaf edir. Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daimi əlaqələr, münasibətlər çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir”- deyə İ. Əliyev bildirib.

“Pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Azərbaycana səfərimdən dörd il keçir. Sizə bizim Prezident Vladimir Vladimiroviç Putinin ən xoş sözlərini və dostluq salamlarını çatdırmaqdan başlamaq istəyirəm. Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək”- Vyaçeslav Volodin.

Sonda Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin xoş sözlərinə və salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

Aynur Camal

Oxşar xəbərlər

Dəmir yollarından oğurluq edən şəxslər saxlanıldı

Bugün TV

Avropada yaşayan azərbaycanlılar yürüş keçirəcəklər

Aynur Camal

FETÖ əməliyyatı: 4 həbs qərarı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu